Üzeyir Cəfərov Azərbaycan Ordusunda polkovnik rütbəsində zabit kimi xidmət edəcək

  • By admin
  • 10 Noyabr 2020 15:19

Hərbi jurnalist, ehtiyatda olan zabit Üzeyir Cəfərov hərbi xidmətə qayıdıb.

Gununsesi.info bildirir ki, bu barədə Modern.az-a Üzeyir Cəfərovun özü məlumat verib.

O bu gündən Azərbaycan Ordusunda polkovnik rütbəsində zabit kimi xidmət edəcək:

“Polkovnik rütbəsi alaraq hərbi hissələrdən birində bu gündən xidmətə başlamışam. Yaşasın Azərbaycan ordusu!”.

Gununsesi.info