Vəkil polis əməkdaşının qətlinin istintaqından narazıdır

  • By admin
  • 29 İyul 2022 09:53
Hüquqlarını vəkil qismində müdafiə etdiyim Cumayev Eldar Aydın oğlunun 26.03.1953-cü il təvəllüdlü atası Cumayev Aydın Yunus oğlu 15.06.1995-ci il tarixdə, səhət saat 08:15 radələrində Zaqatala rayonunda öz şəxsi yaşayış evində cinayət hadisəsi nəticəsində qətlə yetirilmişdir.
Bizə məlum olmuşdur ki, faktla bağlı cinayət işi açılmış lakin, cinayəti törədən şəxs aşkar edilmədiyindən iş üzrə icraat dayandırılmışdır.
  Tərəfimizdən aparılmış istintaq hərəkətlərinin və cinayət işinin nəticəsi haqqında məlumat verilməsi ilə bağlı 31.01.2022-ci il tarixdə, 28/2022 saylı ərizə ilə müraciət olunmuş, sözügedən sorğumuzun cavabında bizə məlum olmuşdur ki, Zaqatala rayon polis şöbəsinin banditizm və terrorizm üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləmiş Cumayev Aydın Yunus oğlunun yaşadığı evdə 15.06.1995-ci il tarixdə şəxsiyyəti istintaqa məlum olmayan şəxs və ya şəxslər tərəfindən odlu silahdan atəş açmaqla qəsdən öldürülməsi faktına görə Zaqatala rayon Prokurorluğunda Azərbaycan Respublikası CM-nin 120.2.3-cü maddəsi ilə istintaq  aparılmış və yekunda 36753 saylı cinayət işi 28.06.2001-ci il tarixdə dayandırılmışdır.
 Hazırda ərizəmiz əsasında 36753 saylı cinayət işi ilə tələb edilib Baş Prokurorluqda öyrənilmiş, Baş Prokurorun birinci müavini lll dərəcəli dövlət ədliyyə müşaviri Elçin Məmmədovun 24.02.2022-ci il tarixli qərarı ilə Zaqatala rayon Prokurorluğunun sabiq müstəntiqi M.F.Mahmudovun Cinayət işi üzrə icraatın dayandırılması barədə 28 iyun 2001-ci il tarixli qərarı ləğv olunaraq icraat təzələnmişdir. Lakin Azərbaycan Respublikasının Baş Prokurorluğunun 25.02.2022-ci il tarixli məktubundan sonra işin gedişatı, aparılan istintaq hərəkətləri, həyata keçirilən prosessual hərəkətlər barədə bizə və Cumayev Eldar Aydın oğluna heç bir məlumat daxil olmamışdır.
Bununla da, aydın olmaqdadır ki, istintqın gedişatı yubanmaqdadır. 
Yusif Allahverdiyev
Vəkil