Vəkillər Kollegiyasından mühüm addım - Sabirabadda şəhid ailələrinə, qazilərə pulsuz hüquqi yardım göstərildi

  • By admin
  • 09 İyun 2021 12:14

Vəkillər Kollegiyasının sədri Anar Bağırovun təşəbbüsü ilə bir qrup vəkil Sabirabad rayonunda şəhid ailələləri və Qarabağ qaziləri üçün pulsuz hüquqi yardım kampaniyası keçirib.

Gununsesi.info-nun xəbərinə görə bunu Milli Məclisin sonuncu iclasında deputat Kamal Cəfərov söyləyib.
Onun sözlərinə görə, ötən həftə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının dəstəyi ilə Sabirabad rayonda şəhid ailələri və qazilər üçün pulsuz hüquqi yardım layihəsi çərçivəsində ümumillikdə 72 müraciətə baxılıb, bəzi müraciətlər nəzarətə götürülüb və icraata qəbul edilib:
“Bununla əlaqədar olaraq mən vəkillər kollegiyasının sədri Anar Bağırova təşəkkür edirəm, çünki bir daha göstərdi ki Vəkillər Kollegiyası ölkəmizdə islahatların ən çox getdiyi qurumlardan biridir. Bununla yanaşı onu da bildirim ki, Anar Bağırovla söhbətimiz zamanı deputatlar tərəfindən belə bir müraciət olarsa məmuniyyətlə qəbul edəcəklərini dedi. Hər bir deputatın hüquqi yardımla bağlı şəhid ailələri və qazilərlə bağlı xüsusi hüquqi yardımla bağlı bütün müraciətləri müsbət qiymətləndiriləcək. Bu imkandan istifadə edib eyni zamanda mənimlə birlikdə Sabirabad rayona ezam edilmiş Fuad Şirinov, Azad Həsənov , Faiq Dünyamalıyev, Pərviz Musayev, Mehman İsmayılova təşəkkür edirəm”.

Günay

Gununsesi.info