Vəzifədə qalmaq üçün rüşvət verən kəlbəcərli məmur: “Bizim camaat qonaqpərvərdir”

  • By admin
  • 25 Oktyabr 2022 10:11

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümovun məhkəməsində onun üzünə dayananlardan biri də Dövlət Sosial Müdafiə Fondunun Kəlbəcər şöbəsinin müdiri Novruz Çıraqov olub.

Gununsesi.info-nun xəbərinə görə, 10 il Kəlbəcərin icra başçısının müavini işləmiş Novruz Çıraqovu keçmiş Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov haqqında cinayət işinə görə dindirilib.

Dediyinə görə, icra başçısının müavini vəzifəsindən azad ediləndən bir müddət sonra Dövlət Sosial Müdafiə Fondunun Kəlbəcər şöbəsinin müdiri təyin edilib.

O, etiraf edib ki, şöbə müdiri olduğu 4 il ərzində (2016-2020) nazirlikdən iki dəfə yoxlama gəlib. Vəzifədə qalmaqdan ötrü hər ikisində də pul verib: “35 il dövlət qulluğunda işləmişəm. Yoxlama gəldi, təftişdən sonra məni nazirliyə çağırdılər. Bilirdim ki, nəyə görə çağırıblar, hazırlıqlı getdim. İstədilər, 8 min manat verdim. Qorxdum ki, işdən çıxararlar. İkinci dəfə 2018-ci ilin yanvarında yenə yoxlamadan sonra çağırdılar. Bildim ki, pula görədir, bu dəfə 10 min verdim…” .

Novruz Çıraqov deyib ki,4 il ərzində vəzifədə qalmaqdan ötrü 18 min manat pul verib:

Biz kəlbəcərlilərin qonaqpərvərliyi var, biz qonaqpərvərliyimizi edirik…”

Dövlət Sosial Müdafiə Fondunun Ağdam şöbəsinin müdiri işləmiş Əvəz Sadıqov da rəhbərlik etdiyi şöbədə yoxlamalar nəticəsində üzə çıxan nöqsanlara görə 10 min manat pul verdiyini iddia edir. Onun sözlərinə görə, bilirdi ki, pul verilməsə, işdən azad olunardı.

Günay Təhməzova

Gununsesi.info