“Veysəloğlu” yol qəzasında ölən 3 işçisi ilə bağlı məlumat yaydı

  • By admin
  • 13 May 2017 11:12

1452846499_veysel

“Veysəloğlu” MMC ötən gün Yevlax rayonunda baş verən dəhşətli qəzada həlak olan işçiləri barədə məlumat yayıb. 

Gununsesi.info xəbər verir ki, , Yevlax rayonu ərazisində baş vermiş ağır yol-nəqliyyat hadisəsi zamanı dünyasını dəyişənlərdən 3 nəfəri Veysəloğlu şirkətinin Mingəçevir regional ofisinin əməkdaşlarıdır.

“Dünyasını dəyişən əməkdaşlarımız bunlardır:

1. Satış təmsilçisi, 1993-cü il təvəllüdlü Zülqədərli Zülqədər Üzeyir oğlu, subaydır;

2. Satış təmsilçisi (təcrübəçi), 1988-ci il təvəllüdlü Zeynalov Pərviz Fərəc oğlu, ailəlidir, 2 övladı var;

3. Merçendayzer, 1992-ci il təvəllüdlü Allahverdiyev Zahir Həsən oğlu, subaydır”.

Şirkətlər Qrupu rəhbərlik və kollektiv adından avtomobil qəzasında dünyasını dəyişənlərin yaxınlarının dərdinə şərik olduğunu bildirib. Dərin hüznlə baş sağlığı verib, xəsarət alanlara isə Allahdan şəfa diləyib.

Gununsesi.info