Vilayət Eyvazov polis rəisini təqaüdə göndərdi

  • Müəllif: admin
  • 10 İyul 2020 10:09

Daxili İşlər Nazirliyində kadr dəyişikliyi olub.

Gununsesi.org bildirir ki, Oxu.Az-ın məlumatına görə, bu barədə nazir, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, Xocalı Rayon Polis Şöbəsinə rəisi, polis polkovniki Eldar Bağırov xidmətdə olmanın son yaş həddi ilə bağlı təqaüdə göndərilib. 

Hələlik onun yerinə təyinat yoxdur.

Gununsesi.org