Vilayət Eyvazovdan Mirqafarov Seyidovun yerinə TƏYİNAT

  • By admin
  • 18 Fevral 2022 11:55

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov təqaüdə göndərilən general Mirqafar Seyidovun yerinə təyinat həyata keçirib.

DİN-in mətbuat xidmətindən Gununsesi.info-ya bildirilib ki, nazirin əmri ilə Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini, polis general-mayoru Zaur Abdullayev vəzifəsindən azad edilərək Nəqliyyatda Baş Polis İdarəsinin rəisi təyin olunub.

Onun yerinə isə BŞBPİ-nin İctimai Təhlükəsizlik İdarəsinin rəisi polis polkovniki Sərdar Səfərov təyin edilib.

Qeyd edək ki, bir neçə gün öncə Nəqliyyatda Baş Polis İdarəsinin sabiq rəisi general-mayor Mirqafar Seyidov xidmətdə olmanın son yaş həddi ilə əlaqədar olaraq təqaüdə göndərilib.

Gununsesi.info