Vuçiç Moskvadakı terror aktından danışdı

  • By admin
  • 23 Mart 2024 14:19

“ABŞ və Böyük Britaniya Rusiyanın paytaxtı Moskvada ticarət mərkəzindəki silahlı hücumdan əvvəlcədən xəbərdar idi”.

Gununsesi.info xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandar Vuçiç deyib.

Rusiya Prezidenti Vladimir Putinə və rus xalqına başsağlığı verən Aleksandar Vuçiç qeyd edib: “Bir çox dəfə dediyimiz, amma çox az insanın eşitmək və inanmaq istədiyi, az sayda insanın faktları gördüyü məsələ var. Martın 7-də ABŞ-ın Moskvadakı səfirliyi öz vətəndaşlarını ticarət mərkəzlərinə getməməyə çağırıb, ingilislər və başqaları da bunu etdilər. Bu o deməkdir ki, onların xüsusi xidmət orqanları hansısa danışıqlara qulaq asıb, məlumat alıblar və bunun baş verəcəyini bilirdilər”.

Dövlət başçısı terror akının böyük nəticələrə səbəb ola biləcəyini, Serbiya Milli Təhlükəsizlik Şurasının bu gün toplanacağını bildirib. O, toplantıda Moskvadakı terror hücumunun da müzakirə olunacağını bəyan edib.

Xatırladaq ki, Moskvadakı “Crocus City Hall” ticarət mərkəzində törədilmiş terror aktı nəticəsində 115 nəfər həlak olub.

 

Gununsesi.info