Xaləddin İsgəndərov Ədalət Rəcəbovun yerinə yeni kadr təyin etdi

  • Müəllif: admin
  • 01 İyul 2017 14:55

xaleddin

Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov  Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramovu rayon təsərüfat şöbəsinin müdiri təyin edib.

Bu barədə Gununsesi.info-ya icra hakimiyyətinin əməkdaşlarından biri məlumat verib. Məlumatda qeyd olunub ki, Q.Bayramov icra başçısının 30 iyun tarixli sərəncamı ilə söz gedən vəzifəyə  təyin olunub.

Qeyd edək ki, Qüdsi Bayramov bu vəzifəyə qədər Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi vəsifəsində çalışırdı.

Q. Bayramov həmdə Binəqədi rayon 9 saylı ikinci seçki dairəsinin sədri Həsən bayramovun oğludur.

Gununsesi.info