Xalq artisti evlilik proqramına çıxan arvadından danışdı

  • By admin
  • 30 İyun 2016 18:47

 

rafael

 

Xalq artisti Rəfael Dadaşov “10-dan sonra” verilişində keçmiş həyat yoldaşı Sədaqət Dadaşova ilə münasibətlərindən bəhs edib.

Gununsesi.info xəbər verir  ki, R.Dadaşov bildirib ki, keçmiş həyat yoldaşı ilə ayrı evlərdə yaşasalar da, görüşürlər:

“Sədaqət xanımla 1969-cu ildə toyumuzu etmişik. 4 övladımız var. Deməzdim ki, indi bir yerdəyik. Düzdür, hərdən görüşürük. Həmişə onun və uşaqlarımın yanındayam. Əsas odur ki, əlaqəmiz, get-gəlimiz var, oturub-dururuq. Amma ayrı evlərdə yaşayırıq”.

Aktrisa Sədaqət Dadaşova bu yaxınlarda Türkiyədə evlilik verilişinə qatılması ilə gündəmə gəlmişdi.