Xavi Ernandes beş günə koronavirusa qalib gəldi

  • By admin
  • 30 İyul 2020 12:26

“Barselona” futbol klubunun sabiq yarımmüdafiəçisi, hazırda Qətərin “Əl-Sədd” komandasının baş məşqçisi Xavi Ernandes koronavirusdan sağalıb.

40 yaşlı ispaniyalı mütəxəssis bu barədə “Instagram” səhifəsində yazıb.

O qeyd edib ki, artıq sağalaraq ailəsinin və komandasının yanına qayıdıb.

Qeyd edək ki, X.Ernandesin COVID-19 testinin cavabları iyulun 25-də elan olunmuşdu. Analizlərin nəticəsi müsbət çıxmışdı.

Gununsesi.info