Xırdalan və Masazırın bir hissəsi işıqsız qalacaq - "AZƏRENERJİ” ASC

  • Müəllif: admin
  • 10 Oktyabr 2017 11:30

azerenerji

“Azərenerji” ASC-yə məxsus 110 kV-luq I Binəqədi hava elektrik verilişi xəttində aparılan yenidənqurma işləri ilə əlaqədar olaraq, 10-12 oktyabr tarixlərində saat 11.00-dan 15.30-a qədər Xırdalan şəhəri 22, 24, 25, 26, 28, 30-cu məhəllələrdə, kənd Xırdalan və Masazır qəsəbəsinin bir hissəsində elektrik enerjisinin verilişində qısa müddətli fasilələr yaranacaq.

Bu barədə Gununsesi.info-ya “Azərenerji” ASC-dən məlumat verilib.

Yaranmış narahatlığa görə, “Azərişıq” ASC İstehlakçılardan üzr istəyir.

Gununsesi.info