Xızıda sürüşmə baş verib, yol çöküb – FOTO

  • Müəllif: admin
  • 30 Noyabr 2016 20:13

5aa868e2a9f0

 

Xızı rayonunda sürüşmə baş verib. 

Xızı Rayon İcra Hakimiyyətindən (RİH) Gununsesi.info-ya verilən məlumata görə, sürüşmə zamanı rayonun Altıağac kəndinə gedən yol çöküb.

RİH–dən bildirilib ki, sürüşmə daha çox yolun 3-cü və 11-ci kilometrliyində müşahidə olunub:

“Sürüşmə nəticəsində yol bağlanmayıb, nəqliyyat vasitələri hərəkət edir. Amma, yolda yaranan çətinliyi aradan qaldırmaq üçün əraziyə “Azəravtoyol”un yerli nümayəndələri  cəlb edilib və yolda bərpa işləri aparılır. İlkin olaraq təbii fəlakətin güclü yağışlardan sonra meydana gəldiyi ehtimal edilir”.

 

 

Gununsesi.info