Yəməndə terror hücumu nəticəsində ölənlərin sayı 40 nəfərə çatıb

  • By admin
  • 10 Dekabr 2016 20:43

yaman

Yəmənin cənubunda yerləşən Ədən şəhərindəki hərbi düşərgənin yaxınlığında terror hücumu nəticəsində azı 40 nəfər həlak olub, 70 nəfər yaralanıb.

Gununsesi.info  Reuters agentliyinə istinadla xəbər verir ki, terrorçu-kamikadze maaş almaq üçün növbəyə dayanmış hərbçilərin yanında özünü partladıb. Terror aktına görə məsuliyyəti hələlik heç bir terror qruplaşması üzərinə götürməyib.

Yəməndə hökumət qoşunları ilə husi qiyamçıları arasında silahlı münaqişə 2014-cü ildən davam edir. Ölkənin cənubunda fəaliyyət göstərən İŞİD və əl-Qaidə terror qruplaşmaları hərbiçilərə müntəzəm hücumlar edirlər.

Gununsesi.info