“Ya sonra”-ya görə təzminat davası…

  • Müəllif: admin
  • 06 Dekabr 2016 10:28
ya-sonra
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Ya sonra” film layihəsinin ortağı Hanifi Tekin çəkiliş xərclərinin tam ödənilməməsi iddiası ilə Özcan Dəniz və qardaşı Ercan Dənizdən təzminat istəyir.
Özcan Dənizin qardaşı Ercan Dəniz 2011-ci ildə bu filmi çəkməyə qərar vermişdi. Baş rolları Dəniz Çakır və Özcan Dənizin paylaşdığı film üçün 2 milyon lira (təxminən 900 min manat) büdcə ayrılmışdı. Bu büdcə barədə Hanifi Tekin ilə razılığa gələn qardaşlar filmdən əldə edilən gəliri yarıya bölməli idilər. Lakin iddialara görə, Hanifi Tekinin pulu tam verilməyib. Bu səbəbdən o, qardaşlardan 1,5 milyon lirə (700 min manat) təzminat tələb edib. Ercan Dəniz isə bu iddiaları rədd edir.
Nigar Cəfərli
Gununsesi.info