Yağış yağacaq, arabir leysan xarakterli intensiv olacaq

  • By admin
  • 16 Oktyabr 2016 13:26

hava

Sabah Bakıda və Abşeron yarımadasında yağış yağacağı, arabir intensivləşəcəyi gözlənilir. 

HTML tutorial

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Gununsesi.info-ya verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə güclü olacağı, şimşək çaxacağı ehtimalı var.

Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 9-11° isti, gündüz 7-9° isti, Bakıda gecə  9-11° isti, gündüz  7-9° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi  767 mm civə sütunundan 773 mm civə sütununa yüksələcək. Nisbi rütubət   85-95 % təşkil edəcək.

Azərbaycanın rayonlarına gəlincə, sabah yağış yağacağı, arabir leysan xarakterli intensiv olacağı gözlənilir. Bəzi yerlərdə güclü olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qara, qara keçəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 7-10° isti, gündüz 10-14°, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-7° isti, yüksək dağlıq ərazilərdə gecə 5-10° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacağı gözlənilir.

Gununsesi.info