YAP-çı deputat baxçaların yoxlanılmasını təklif edir

  • By admin
  • 26 Aprel 2022 15:04

Milli Məclisin bu gün keçirilən iclasında deputat Naqif Həmzəyev uşaq baxçalarının yoxlanılmasını təklif edib.

Gununsesi.info-nun xəbərinə görə, deputat bildirib ki, bu təhsil müəssisələrinin fəaliyyətində səmərəlilik tam olaraq təmin edilməyib: “Hər bir uşaq bağçasında 12 qrup fəaliyyət göstərməli olsa da, burada 8 qrup fəaliyyət göstərir. Nəticədə bizim uşaqlarımız bu təhsil müəssisələrindən istifadə edə bilmir. Hesablama Palatasının sədrindən xahiş edirəm ki, Təhsil Nazirliyi ilə hər hansı auditin keçirilməsi və məktəbəqədər təhsil müəssisələrinin fəaliyyətində səmərəliliyin təmin edilməsi üçün onlara lazımi tövsiyələr versin”.

Günay
Gununsesi.info