
Şıx çimərliyi ərazisində fəaliyyət göstərən “1001 gecə”, “Eldorado”, “Aqua Park” və “Dostluq” istirahət mərkəzlərinin hər biri 4 min manat cərimə edilib.
Gununsesi.org xəbər verir ki, bu barədə iyunun 28-də Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildiriblər.
Nazirlikdən verilən məlumata görə, istirahət mərkəzlərinin cərimələnməsinə səbəb tullantı sularının təmizlənmədən Xəzər dənizinə axıdılmasıdır.
Nazirlik bildirir ki, hər 4 mərkəzin rəhbər şəxsləri ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin tələblərini pozduqlarına görə cəriməyə məruz qoyulublar.
Nazirlikdən deyilib ki, çirkab sutəmizləyici qurğuların quraşdırılması üçün obyekt sahiblərinə “məcburi göstəriş”lər verilib.
Xatırladaq ki, “1001 gecə” deputat Hüseynbala Mirələmova məxsusdur.
Adıçəkilən digər obyektlərin də ölkənin vəzifəli şəxslərinin olduğu bildirilir.
Gunay
Gununsesi.org












