Yaponiya güclü qar fırtınasına təslim oldu – 250 reys təxirə salındı

  • Müəllif: admin
  • 22 Yanvar 2018 21:22


Yaponiyanın paytaxtı Tokioda güclü qar yağışı nəticəsində hava, quru və dəmiryolu nəqliyyatı iflic olub.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər veri ki, qar fırtınası səbəbindən 250-dən çox uçuş və bir çox qatar marşurtu ləğv edilib.

Şəhərdəki əsas magistral yollar və körpülər bağlanıb.

Yaponiya Meteorologiya Agentliyinin məlumatına görə, mövcud hava şəraiti sabaha qədər davam edəcək.

 

Gununsesi.info