Yaşayış binasında güclü yanğın - SAKİNLƏR TƏXLİYYƏ EDİLİB

  • Müəllif: admin
  • 16 Aprel 2018 09:18

Gəncə şəhərinin Kəpəz rayonunda beşmərtəbəli yaşayış binasının zirzəmisində 60 m2 sahədə məişət tullantıları yanıb.

Gununsesi.info-nun FHN-in saytına istinadən verdiyi xəbərə görə, yanğın zamanı binadan 6 nəfər sakin yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyYə olunub. Mənzillər və zirzəminin qalan hissəsi yanğından mühafizə edilib. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Gununsesi.info