
Bakıda Avropa Şurası və Avropa İttifaqı Şərq Tərəfdaşlığı ölkələri, o cümlədən Azərbaycan üçün həyata keçirilən layihələrin nəticələri KİV-ə təqdim edilib.
Gununsesi.az-ın məlumatına görə, Avropa Şurası, Avropa İttifaqı, Xarici İşlər nazirliyinin, Milli Məclisin və vətəndaş cəmiyyəti qurumlarının təmsilçilərinin işitak etdiyi tədbirdə bildirilib ki, Avropa Şurası və Avropa ittifaqı 2015-2018-ci illər ərzində Yaxşı İdarəcçilik üçün Tərəfdaşlıq çərçivəsində Azərbaycanda dörd layihə həyata keçirilib.
Avropa Şurası Baş katibinin Azərbaycandakı nümayəndəsi Zoltan Hernyeşin sözlərinə görə, layihələrin əsas məqsədi Azərbaycanda ifadə azadlığı və media azadlığının inkişafı, inzibati idarəetmədə korrupsiya ilə mübarizə və korrupsiyanın qarşısının alınması sahəsində bacarıqların artırılması, Ədliyyə Akademiyasının rolunun və bacarıqlarının artırılması, hakimlərin təlimləndirilməsi, eləcə də ölkədə ədliyyə sisteminin səmərəliliyinin və keyfiyyətinin artırılmasından ibarət olub.
Onun sözlərinə görə, 5.2 milyon avro büdcəsi olan layihələr Avropa İttifaqı və Avropa Şurası tərəfindən maliyyələşdirilib, və Avropa Şurası tərəfindən həyata keçirilib: “Ölkə üzrə spesifik olan layihələrdən başqa, Azərbaycan Şərq Tərəfdaşlığı ölkələrini əhatə edən 14 regional layihələrdə də iştirak edib.

Daha sonra çıxış edən Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri səfir Kestutis JANKAUSKAS bildirib ki, Azərbaycan hökuməti bu layihələrə ciddi dəstək verib. Onun sözlərinə görə, layihələrin həyata keçirilməsi prosesində minlərlə insan işirak edib: “Bu gün ortada nəticələr var. Biz bu nəticləri müzakirə edərkən hansı daha həllini tapmalı olan digər məsələləri də görə bilirik. Hesab edirəm ki, yaxşı idarəçilik olmadan davamlı inkişaf mümkünsüzdür”.
Səfir həmçinin, Azərbaycanla Avropa İttifaqı arasındakı münasibətlərdən də danışıb. O bildirib ki, qarşılıqlı maraqlara xidmət edən bu münasibətlərdə əsas məqamlardan biri də korrupsiya ilə mübarizə, yaxşı idarəçilik, insan hüquqlarına hörmət edilməsidir.

Xarici İşlər Nazirliyinin təmsilçisi Fərəh Acalova isə Azərbycanın bu iki nüfuzlu qurumla münasibətlərinə toxunub. Ölkəmizlə bu təşkilatlar arasında sıx əməkdaşlıq münasibətlərinin olduğunu deyən XİN rəsmisi bildirib ki, Azərbaycan ikitərəfli əlaqələrin daha da dərinləşməsində maraqlıdır.
Pərviz Həşimli
Gununsesi.az












