“Yenidən nazir olmaq iddiam yoxdur” - MİSİR MƏRDANOV

  • By admin
  • 07 Dekabr 2017 12:06

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Riyaziyyat və Mexanika İnstitutunun direktoru, sabiq təhsil naziri, professor Misir Mərdanov sosial şəbəkələrdə onun yenidən təhsil naziri təyin ediləcəyi ilə bağlı söz-söhbətə aydınlıq gətirib.

Gununsesi.info xəbər verir ki, M.Mərdanov ölkə.az-a açıqlamasında onu yenidən təhsil naziri görmək istəyənlərə təşəkkürünü çatdırıb: “Həmin insanlar çox sağ olsunlar, onlara təşəkkür edirəm. Ancaq mən 15 il nazir işləmişəm və kifayət edir. Digər tərəfdən isə bu məsələ cənab prezidentin səlahiyyətlərində olan məsələdir. Yeni təhsil naziri kim olacaqsa, Allah işini avand etsin. Yenidən nazir olmaq iddiam yoxdur”.

Gununsesi.info