Yeniyetmə qızlar İzmirdə qüvvələrini sınayacaq -  FOTO

  • Müəllif: admin
  • 25 Aprel 2017 14:57

unnamed (21)
Aprelin 28-dən 30-dək Türkiyə Respublikasının İzmir şəhərində Mahmut Atalay və Yaşar Erkanın xatirəsinə yeniyetmə güləşçilər arasında beynəlxalq turnir keçiriləcək.

Gununsesi.info Güləş Federasiyasının saytına istinadən xəbər verir ki, hər üç növdə keçiriləcək turnirdə qızlardan ibarət yığma komandamızın üzvləri iştirak edəcək. Yığma komandanın böyük məşqçisi Nazim Əlicanov və məşqçi Həsrət Məmmədyarovun rəhbərliyi altında qonşu respublikaya 10 güləşçimiz yollanıb.

Heyətdə Şahanə Nəzərova (38 kq), Ayşən Yusifova (40 kq), Yasəmən Məcidli (43 kq), Aynur Camalova (46 kq), Birgül Soltanova (49 kq), Sevinc Əhədova, Alina Zakoyeva (hər ikisi 52 kq), Jalə Əliyev (56 kq), Elnurə Məmmədova (60 kq) və Nigar Mirzəzadə (65 kq) yer alıb.

Qeyd edək ki, aprelin 21-dən Türkiyəyə yollanan yığma komandanın üzvləri Bursa şəhərində bu ölkənin yığması ilə birgə təlim-məşq toplanışında iştirak edir.

Turnirin proqramına əsasən, 38, 46, 56, 65 kq çəkidə idmançılar ilk yarış günündə qüvvəsini sınayacaq. Aprelin 29-da 40, 49, 60 kq, son yarış günündə isə 43, 52 və 70 kq çəki dərəcəsində yeniyetmə qızlar mübarizə aparacaq.

Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Zaur Şərifov təmsil edəcək.

Anar
Gununsesi.info