Yevlaxda 2 uşaq atası özünü yandırdı

  • By admin
  • 24 Oktyabr 2017 10:30

yandirdi

Yevlax rayonunda intihar hadisəsi baş verib.

Gununsesi.info lent.az-a istinadən xəbər verir ki, Yevlax şəhəri, Hüseynzadə küçəsi 49 ünvanında yaşayan 1983-cü il təvəllüdlü Zeynalov Rübail Nizami oğlu üstünə benzin tökərək özünü yandırıb.

Onun həyatını xilas etmək mümkün olmayıb.

Bildirilir ki, 2 uşaq atası olan R.Zeynalovun maddi çətinlikləri olub.

Faktla bağlı Yevlax rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb, araşdırma aparılır.

Gununsesi.info