Gununsesi.info APA-ya istinadən bildirir ki, Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, müraciətdə yay mövsümündə müxtəlif regionlara səyahətə çıxan, istirahət zonalarına gedən insanların sayı artdığından yollarda nəqliyyatın hərəkət intensivliyinin də yüksəldiyi bildirilir. Belə hərəkət zamanı yollarda təhlükəsizliyin təmin olunması məqsədilə BDYPİ sürücülərə diqqət yetirilməli bir neçə halı təkrar xatırladır: “Səfərə çıxmazdan əvvəl ilk növbədə avtomobilinizin texniki vəziyyətinə bir daha nəzarət edin, soyuducu sistemi olmayan nəqliyyat vasitələri ilə mümkün qədər günün sərin vaxtlarında yola çıxın. Hərəkət zamanı təhlükəsizlik kəmərlərini təkcə sürücülər deyil, sərnişinlərin də bağlaması mütləqdir. Kəmərlərin bağlanmaması təkcə məsuliyyət yaratmır, hər hansı qəza zamanı insan həyatı üçün yaranan təhlükədən qoruyur. Rayonlararası magistral yollarda təhlükəsizliyin təmin olunması şərtlərindən biri də avtomobilin texniki imkanlarından asılı olmayaraq sürət rejiminə ciddi əməl etməkdir. Uzaq məsafəli səfər zamanı yuxusuz, yorğun halda sükan arxasına əyləşməyin. Belə halda siz yalnız özünüzü deyil, sərnişinlərinizi və digər hərəkət iştirakçılarını da təhlükə qarşısında qoya bilərsiniz. Mümkün qədər hər 2-3 saatlıq fasiləsiz hərəkətdən sonra qısa müddətə də olsa avtomobilinizi saxlayıb istirahət edin. Bunun üçün respublika əhəmiyyətli yollarda yerləşən DYP-nin stasionar postlarında yaradılan şəraitdən istifadə edə bilərsiniz. Yolboyu ötmə, manevretmə hərəkətlərini edərkən tələsməyin. Bu hərəkətlərə başlamazdan qabaq qarşıdan gələn, eləcə də eyni istiqamətdə hərəkət edən nəqliyyat vasitələrinin hərəkət sürətini düzgün hesablayın, arxayın olmadığınız, yanlış qərar verməyin. Yol hərəkəti qaydalarına riayət etməklə bayram günlərini özünüzün və əzizlərinizin xoş keçirməsi üçün zəmin yaratmış olarsınız”.
Yol polisi səfərə çıxan sürücülərə müraciət edib
- By admin
- 14 İyun 2018 12:54
DİGƏR XƏBƏRLƏR
-
28 Aprel 2024 10:00
Magistraturaya II cəhd qəbul imtahanı keçiriləcək
-
27 Aprel 2024 13:57
Azər Axşam tənqid etdiyi kanalda yenidən işə başladı
-
27 Aprel 2024 08:33
Rasim Balayevdən ağır cavab:
-
26 Aprel 2024 22:52
Əli Mirəliyevə embarqo qoyulub
-
26 Aprel 2024 10:49
Hökumət ABŞ Dövlət Departamentinin tənqidlərini nəzərə almalıdır
-
25 Aprel 2024 14:39
Azərbaycanda 8-ci sinif şagirdi qaçırılıb
-
25 Aprel 2024 10:11
Azərbaycanda mayın 1-dən balıq ovu qadağan edilir
-
25 Aprel 2024 09:54
Bakı-Ağstafa qatarına əlavə reyslər təyin edildi
-
22 Aprel 2024 11:30
Elektrik enerjisinin istifadə qaydalarında dəyişiklik
-
20 Aprel 2024 17:22
Ruhəngiz Musəvi: “ Cavanşirin şəkər xəstəsi olduğunu bilirdim”
-
20 Aprel 2024 15:19
Zülfiyyə Bayramova xəstəxanadan görüntüsünü paylaşdı
-
20 Aprel 2024 15:12
“Ayda azı bir dəfə polislər münaqişəli ailələri qəbul edir”