Yol polisinin Salyanda törətdiyi qəza ilə bağlı DİN MƏLUMAT YAYDI

  • By admin
  • 28 Aprel 2017 12:12

466f146a-b2ed-4271-a03f-ee025cab7a53_1493285718

Daxili İşlər Nazirliyi (DİN) Salyan rayonunda Yol Patrul Xidmətinin (YPX) “BMW” markalı avtomobilinin iki nəfərin ölümü ilə nəticələnən yol qəzası törətməsi barədə məlumat yayıb.

Gununsesi.info-nun xəbərinə görə, məlumatda bildirilib ki, aprelin 27-də saat 12 radələrində Salyan rayonunun Yenikənd kəndində Astara rayon sakini Azad Axundovun idarə etdiyi “Mercedes” və Natiq Məmmədyarovun idarə etdiyi “BMW” markalı avtomobillər toqquşub.

Nəticədə A.Axundov və sərnişinlərindən Bakı şəhər sakini Emil Mahmudov hadisə yerində ölüb, digər 3 sərnişini, habelə N.Məmmədyarov və 1 sərnişini xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Gununsesi.info