Yük maşını kütləyə çırpılıb: Azı 13 ölü - BU DƏFƏ İSPANİYADA TERRAKT TÖRƏDİLDİ

  • By admin
  • 17 Avqust 2017 22:05

ispannnnnnn

İspaniyanın Barselona şəhərində naməlum şəxsin idarə etdiyi yük maşını kütləyə çırpılıb.

 Nəticədə ölənlər – xəsarət alanlar var və artıq ölənlərin sayı 13 nəfərə çatıb.

Gununsesi.info-nun xəbərinə görə, bu barədə  İspaniyanın “Cadena SER” radiostansiyası polisə istinadən məlumat yayıb.

“El Pais” nəşri də Kataloniya polisinə istinadən məlumatı təsdiq edir.

Məlumata görə, sürücü insidentdən sonra restorana hücum edərək oradakı insanları girov götürüb. Polis əməkdaşları hadisə yerini mühasirəyə alıblar.

Gununsesi.info