Zəhra və nənəsinə məzar daşı qoyuldu - FOTOLAR

  • By admin
  • 12 Avqust 2017 10:44

598e9defb4a77_zehra1

Xəbər verdiyimiz kimi, iyulun 4-də Ermənistan silahlı bölmələrinin Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması nəticəsində 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi, 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub.

Gununsesi.info xəbər verir ki, Zəhra Quliyevanın atası Elnur Quliyev unikal.org-a açıqlamasında bildirib ki, anasının və övladının məzar daşları qəbrin üzərinə qoyulub: “Məzarüstü abidənin hazırlanmasına Füzuli rayon İcra Hakimiyyəti tərəfindən 2400 manat xərc çəkilib.”
Qeyd edək ki, sabah azyaşlı Zəhra və nənəsi Sahibə Quliyevanın 40 mərasimi keçiriləcək.
Fotolar unikal.org-a məxsusdur.  
Gununsesi.info