Zərdabın sabiq icra başçısı vəfat etdi - FOTO

  • By admin
  • 05 Avqust 2022 09:57

Zərdabın sabiq icra başçısı Tofiq İmanov vəfat edib.

Gununsesi.info xəbər verir ki, bu barədə məlumatı Qafqazinfo-ya sabiq məmurun yaxınları verib.

Məlumata görə, T.İmanov 77 yaşında infarktdan dünyasını dəyişib.

Qeyd edək ki, Tofiq Sufan oğlu İmanov 1996-2005-ci illərdə Zərdabın icra başçısı olub.

Gununsesi.info