Zəvvarlar Ərəfata yola düşüblər

  • By admin
  • 31 Avqust 2017 12:45

07

Müqəddəs torpaqlara Həcc ziyarətinə getmiş 2 milyondan çox zəvvar bu gün Ərəfata yola düşüb.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, gecəni Mina çölündə keçirən 2 milyondan çox zəvvar, süb namazının ardından Ərəfata doğru yola çıxıblar.

Belə ki, zəvvar bütün günü burada ibadət edəcəklər. Ərəfat hacıların ərəfə günü (9 Zilhəccə) orada dayandıqları, dua və ibadət etdikləri yerin adıdır.

“Ərəfat” və “Məşər” insanın özünü tanıması üçün ən uğurlu yerdir. İnsan dünya ləzzətlərindən məhrum bir halda bu həyatın yalnız Allaha xatir çəkilən əziyyətlərdən ibarət olduğunu, həqiqi səadətin isə yalnız bu cür kəşməkəşli həyatdan sonra olacağını anlayır.

Qeyd edək ki, Həcc əməllərindən biri də zil-hiccə ayının doqquzuncu günü (Qurban bayramından bir gün əvvəl) “Ərəfat” və zilhəccənin 10-cu gecəsi Müzdəlifə(“Məşər”) adlı yerlərin ziyarətidir. Bu səbəbdən də həmin günə “Ərəfə” (“tanımaq”) deyilir. Həmin günün fəziləti barədə hədislərdə çoxlu məlumat var.

Qədr gecəsində bağışlana bilməyənlər məhz Ərəfə günü bağışlanmaq imkanı qazanırlar. Bu gün oruc tutmaq və İmam Hüseynin (ə) “Ərəfə” duasını oxumaq böyük savabdır.

Anar
Gununsesi.info