Zahid Oruc  Etibar Pirverdiyevi “vurdu” -İTTİHAM

  • By admin
  • 31 May 2016 14:44

 

zahid-oruc3

Milli Məclisin bu gün keçirilən iclasında millət vəkili Zahid Oruc növbəti dəfə tənqidi çıxışı ilə diqqəti çəkib. Gununsesi.info-nun xəbərinə görə, millət vəkili bu dəfə “Azərenerji”ni hədəfə alıb: “Ölkəni elektrik enerjisi ilə təmin edən “Azərenerji” ASC-nin dövlət borcu bir milyard manata yaxınlaşır. Bu vəziyyət bizi vadar edir ki, belə bir qrumun idarə edilməsinə yenidən baxmaq lazımdır.  O, həmçinin, yarımçıq qalmış layihələrin başa çatdırılmasını vacibliyini də dilə gətirib: “Anlayıram ki, indiki iqtisadi çətinlik dövründə hökumət gəlirlərinə qənaət edir və başlanmamış layihələri gələcəkdə həyata keçirəcəyini planlaşdırır. Bu başadüşüləndir. Ancaq elə kəndlər də var ki,  orada qaz xətti çəkilib və  demək olar ki,  işin 90 faizi görülüb, materiallar ortadadır. Hökumət heç olmasa, bu yarımçıq layihələri başa çatdırmalı və oradakı vəsaitlərin xarab olmasına imkan verməməlidir”. Devalvasiyadan sonra ölkədə  cinayət hallarının artmasına diqqət çəkən deputat qeyd edib ki, bir müddət əvvəl maliyyə naziri Samir Şərifov devalvasiyayla bağlı xalqa tövsiyyə etdi ki, pulunuzu evdə deyil, banklarda saxlayın: “Əks-təqdirdə bu pullar oğurlanacaq, bəli, artıq son dövrlərdə sosial cinayətlərin sayı artıb. Az qala millət vəkillərinin evlərinə də oğruluğa girsinlər. Ona görə də təklif edirəm ki, hökumət dollarizasiya prosesini başa çatdırsın”.

Büdcə oğruluğu ilə bağlı məsləyə aydınlıq gətirən Z. Oruc deyib ki, təkcə cəzaların ağırlaşdırlması ilə bu sahədə effektli nəticə əldə etmək mümkün deyil: “Onun üçün də struktur və idarəetmə sahəsində islahatlar sürətləndirilməlidir.”

Millət vəkili, eyni zamanda son dövlərdə ölkədən Gürcüstana axan maliyyə resurlsarı barədə də danışıb: “Baxmayaraq Gürcüstan bizdən zəif ölkədir, lakin bu ölkədə iqtisadi cəlbedicilik o qədər yaxşıdır ki, maliyyə bu ölkəyə axır. Maliyyə təkcə Azərbaycandan deyil, eyni zamnda Türkiyədən də Gürcüstana axır. Bunu araşdırmaq lazımdır”-deyə,o bildirib.

 

Mürtəza Bunyadlı