“Zahid Oruc, sənə əlavə 5 dəqiqə də vaxt verirəm, danış!” - OQTAY ƏSƏDOV

  • Müəllif: admin
  • 08 Dekabr 2016 13:28
1450432414_zahidoqtay
“Zahid Oruca əlavə 5 dəqiqə vaxt verin”.
Gununsesi.info xəbər verir ki, Milli Məclisin(MM) bu gün keçirilən iclasında “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 2017-ci il büdcəsi haqqında” qanun layihəsi müzakirəsi zamanı deputat Zahid Oruc  çıxış üçün  vaxt azlığından şikayətlənib.
Deputat çıxışı zamanı bildirib ki, çıxış üçün vaxt 10 dəqiqə nəzərdə tutulub, amma sonrdan 5 dəqiqəyə endirilib:
Ona görə də mən geniş danışa bilmirəm. Müəyyən tezislərim var ki, onlara toxuna bilməyəcəm”.
Spiker Oqtay Əsədov isə  Z.Oruca  belə cavab verib: “Sənə əlavə 5 dəqiqə də vaxt verirəm. Danış”
Mürtəza 
Gununsesi.info