Zaqatalada 9 ton narkotik maddə məhv edildi

  • By admin
  • 16 İyul 2019 15:24

Zaqatala Rayon Polis Şöbəsi və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən birgə keçirilmiş əməliyyat-axtarış və profilaktiki tədbirlər nəticəsində yabanı halda bitmiş ümumi çəkisi 9 ton olan 6000 ədəd narkotik tərkibli çətənə kolları aşkar edilib. 

Gununsesi.org xəbər verir ki, həmin narkotik tərkibli bitkilər kökündən çıxarılıb, yandırılaraq məhv edilib.

 Faktla bağlı RPŞ-də araşdırma aparılır.
Gununsesi.org