Zülfiyyə Xanbabayeva həyat yoldaşı haqqında ilk dəfə: “Məni bir qadın və …” – FOTO

  • By admin
  • 21 Yanvar 2020 13:07

Xalq artisti Zülfiyyə Xanbabayeva sosial şəbəkədə həyat yoldaşı Zaur Məmmədovla fotolarını paylaşıb.

Gununsesi.org xəbər verir ki, sənətçi ərinin doğum günü olduğunu qeyd edərək onu təbrik edib:

“22 il bir göz qırpımında keçdi. Bu illərimin dostu, sirdaşı! Məni bir qadın və bir ana kimi xoşbəxt edən həyatımın yoldaşı! Ad günün mübarək!”.

Qeyd edək ki, cütlük uzun müddətdir ki, evlidir. Onların bu nikahdan Dəniz adlı bir qız övladı var. Zaur Məmmədov “Simurq” futbol klubunun eks-prezidentidir.

Gununsesi.org