300-dən çox şagird məktəb yeməkxanasında zəhərlənib

  • By admin
  • 28 Aprel 2017 07:08

zeherlenme

Fransanın Ruan şəhərində 300-dən çox şagird məktəb yeməkxanasında nahar etdikdən sonra zəhərlənib.

Gununsesi.info-nun APA-ya istinadən verdiyi məlumata görə, insident 50-dək təhsil müəssisəsini əhatə edib. Qida məhsullarının 41 məktəb və 6 uşaq bağçasına eyni kombinatdan tədarük olunduğu məlum olub.

Səhhətində problemlər yaranan uşaqların bir hissəsinə yerindəcə tibbi yardım göstərilib, qalanları isə xəstəxanalara çatdırılıblar. Onların həyatının təhlükədə olmadığı bildirilir.

Gununsesi.info