46 yaşlı kişi müalicə olunduğu xəstəxanada intihar etdi

  • By admin
  • 23 Yanvar 2017 09:51

ambulani

Bakıda intihar hadisəsi baş verib.

Qaradağ rayon Prokurorluğundan Gununsesi.info-ya verilən məlumata görə, hadisə saat 04.00 radələrində Lökbatan qəsəbəsində yerləşən 19 saylı xəstəxanada qeydə alınıb. Orada müalicə alan 1971-ci il təvəllüdlü Samir Qurbanov xəstəxananın 2-ci mərtəbəsindən özünü atıb. O, aldığı xəsarətdən hadisə yerində keçinib.

Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

Gununsesi.info