Bakıda “Mercedes”, Xaçmazda “MAN” yanıb

  • By admin
  • 22 İyun 2017 10:08

yanginsonduren

Bakıda və Xacmazda yanğın hadisəsi qeydə alınıb.

Gununsesi.info-ya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, şəhərin Nizami rayonunda “Mercedes” markalı mikroavtobusun salonunda idarəetmə lövhəsi yanıb.

Mikroavtobusun qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 06:10-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bundan başqa, Xaçmaz rayonu, Xaçmaz-Xudat yolunun 4-cü kilometrliyində vətəndaşa məxsus “MAN” markalı yük avtomobilinin kabina hissəsi yanıb.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 06:53-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Anar

Gununsesi.info