Cəlilabadda benzin daşıyan maşın qəzaya düşüb - 4 NƏFƏR YARALANIB

  • By admin
  • 27 Fevral 2017 17:12

images

Cəlilabadda 4 nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib.

Gununsesi.info report.az-a istinadən xəbər verir ki, hadisə Ələt- Astara magistralının Cəlilabad rayonundan keçən hissəsində qeydə alınıb.

Belə ki, Cəlilabad rayon Maşlıq kənd sakini Nazim Qasımovun idarə etdiyi “VAZ-2107” markalı avtomobil Astara istiqamətində hərəkət edərkən qarşı tərəfdən gələn yanacaqdaşıyan qoşqulu yük avtomobili ilə toqquşub.

Nəticədə sürücü də daxil olmaqla minik maşınında olan sərnişinlər – Ceyhun Nəsirov, Könül və İradə Nəsirovalar müxtəlif dərəcəli bədən xəsarətləri ilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Xəstələrin vəziyyəti orta-ağır kimi qiymətləndirilir.

Qəzanın hansı səbəbdən baş verməsi araşdırmalardan sonra məlum olacaq.

Gununsesi.info