Evlilik proqramları bundan sonra yayımlanmayacaq - TÜRKİYƏDƏ

  • By admin
  • 29 Aprel 2017 20:28

zuhal-topal-serkan-kac-yasinda

Türkiyə telekanallarında bundan sonra evlilik proqramları yayımlanmayacaq.

Gununsesi.info-nun xəbərinə görə, bu haqda bir az öncə Türkiyənin FOX kanalının “Anahaber” proqramında məlumat verilib.

Məlumatda qeyd olunur ki, Türkiyədə bu gün bir neçə yeni qanunun qüvvəyə minməsi səbəbi ilə bir sıra sahələrdə məhdudiyyətlər-qadağalar tətbiq olunacaq.

Həmin məhdudiyyyət-qadağalarından biri də telekanallardakı evlilik proqramları ilə bağlıdır.

Yəni, bundan sonra telekanallarda evlilik proqaramları yayımlanmayacaq.

KAMİL

Gununsesi.info