Helikopterimiz Gürcüstanda meşə yanğınını söndürməyə qoşuldu – YENİLƏNİB

  • By admin
  • 24 Sentyabr 2017 10:59

9842ea2b97d0ef372ccd41faf59443e4
Xəbər verdiyimiz kimi, Gürcüstan hökümətinin müraciətinə əsasən Azərbaycan prezidenti İlham Əliyevin tapşırığı ilə Fövqəladə Hallar Nazirliyi Gürcüstanın Samtsxe-Cavaxeti bölgəsində baş vermiş meşə yanğınlarının söndürülməsinə kömək məqsədilə sentyabrın 23-də helikopter göndərib. Lent.az FHN-in saytına istinadən xəbər verir ki, bu gün səhər saatlarından başlayaraq Aviasiya dəstəsinə məxsus, xüsusi avadanlıqla təchiz olunmuş “Ka-32A” helikopteri yanğınsöndürmə əməliyyatına başlayıb.

*****

3:45

Azərbaycan helikopteri səhərdən etibarən Gürcüstanın Samtsxe-Cavaxeti regioununda Tsaqveri qəsəbəsi yaxınlığındakı meşə yanğınlarının söndürülməsi əməliyyatlarına cəlb olunacaq.

APA-nın  məlumatına əsasən, bu barədə Gürcüstanın regional inkişaf və infrastruktur naziri Zurab Alavidze deyib.

Nazirin sözlərinə görə, sabah yanğının lokallaşdırılması mümkün ola bilər.

Qeyd edək ki, Tsaqveri qəsəbəsi yaxınlığındakı meşə yanğınları dünən günorta saatlarında başlayıb və artıq 4 hektardan çox sahə yanıb. Çətin relyef və küləkli hava yanğının söndürülməsini çətinləşdirib. Yanğının söndürülməsinə 200 yanğınsöndürən və bir helikopter cəlb olunub.

Gürcüstan hökumətinin müraciətinə əsasən Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin tapşırığı ilə Fövqəladə Hallar Nazirliyi Gürcüstandakı meşə yanğınlarının söndürülməsinə kömək məqsədilə “Ka-32A” helikopteri göndərib.

 

Gununsesi.info