İsmayıllıda avtomobil 17 yaşlı velosipedçini vurub

  • By admin
  • 22 Mart 2018 20:09


İsmayıllı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA- xəbərinə görə, hadisə bu gün axşam saat 19:00 radələrində İsmayıllı şəhərində qeydə alınıb. Ədalət Vəliyev idarə etdiyi “Chevrolet” markalı minik avtomobili ilə hərəkətdə olarkən yolun kənarında velosipedlə hərəkət edən İsmayıllı şəhər sakini, 2001-ci il təvəllüdlü Hüseynov Ağamurad Firudin oğlunu vurub. Hadisə zamanı Ağamurad Hüseynov ağır kəllə-beyin travması aldığı üçün təcili olaraq İsmayıllı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hazırda koma vəziyyətində olan yaralı reanimasiya şöbəsindədir, vəziyyəti ağırdır.

Faktla bağlı İsmayıllı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

 

Gununsesi.info