Kafedən oğurluq edən şəxs yaxalandı

  • By admin
  • 26 İyul 2017 20:46

Thief entering a private home to steal

Bakının Səbail rayonunda kafedən oğurluq edilib.

Gununsesi.info “Qafqazinfo”-ya istinadən xəbər verir ki, rayon ərazisindəki kafelərdən birindən 1000 manat və müşahidə kamerasının yaddaş qurğusunu oğurlanması barədə Səbail rayon Polis İdarəsinin 9-cu polis bölməsinə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Cəbrayıl rayon sakini Fərid Allahverdiyev tutulub.

Gununsesi.info