Klip çəkilişi aktyorun ölümü ilə nəticələndi - FOTO

  • By admin
  • 23 Yanvar 2017 13:22

avstr

Avstraliyanın Brisben şəhərindəki barların birində musiqi klipinin çəkilişləri zamanı sinəsindən güllə yarası alan aktyor həlak olub.

Gununsesi.info xəbər verir ki, ABC telekanalının yaydığı məlumata görə, Bliss n Eso hip-hop klipinin ssenarisində atışma səhnəsi nəzərdə tutulurdu. Bu epizod çəkilərkən gənc aktyorlardan biri yaralanıb və həyatını itirib.

Polisin nümayəndəsi Tom Armitt baş verənləri “istehsalat insidenti” adlandırıb. Onun sözlərinə görə, çəkilişdə iştirak edən aktyorların tapançalarına döyüş patronu, yoxsa boş patronlar qoyulduğu hələlik məlum deyil. Qeyd olunur ki, yaxın məsafədən atəş zamanı boş patron da insanın ciddi yara almasına səbəb ola bilər.

Gununsesi.info