Lənkəranda minik avtomobili yanıb

  • By admin
  • 19 Noyabr 2017 23:50

Lənkəranda yanğın hadisəsi qeydə alınıb.

Gununsesi.info Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Lənkəran şəhərində “Moskviç” markalı minik avtomobilinin salonu və mühərrik hissəsində elektrik avadanlıqları yanıb.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Gununsesi.info