Məktəbdən gələn şagirdi maşın vurdu

  • By admin
  • 21 Fevral 2018 15:38
Abşeron rayonunda məktəbdən gələn şagirdi maşın vurub.
Gununsesi.info “report”a istinadən xəbər verir ki, rayonun hadisə Digah qəsəbəsi ərazisndə baş verib.
Belə ki, qəsəbə sakini, 2007-ci il təvəllüdlü Firuzə Vaqif qızı İsgəndərova məktəbdən çıxarkən yolda toqquşan iki avtomobildən birinin altında qalıb. Nəticədə 11 yaşlı qızın hər iki ayağı sınıb və ağır kəllə beyin travması alıb.
Yaralı dərhal xəstəxanaya çatdırılıb. Hazırda vəziyyətinin ağır olduğu bildirilir.
Qeyd edək ki, 11 yaşlı Firuzə İsgəndərova Digah qəsəbə tam orta məktəbin 5-ci sinifində oxuyur.
Faktla bağlı araşdırma aparılır.
Gununsesi.info