“Mercedes” can aldı…

  • By admin
  • 08 Dekabr 2016 21:43

yollllllllllllllllllllllllllllllllll

Bakı-Qazax avtomobil yolunun Hacıqabul rayonu ərazisindən keçən hissəsində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Gununsesi.info-nun APA-ya istinadən xəbərinə görə, rayonun  Atbulaq kəndi ərazisində Ələddin Alıyevin idarə etdiyi “Mercedes” markalı 90 KV 802 dövlət nömrə nişanlı avtomobil həmin kəndin sakini 1979-cu il təvəllüdlü Rəhimov Elnur Haqverdi oğlunu vurub.

E.Rəhimov xəstəxanaya çatdırılarkən yolda keçinib.

Fakt üzrə Baş Dövlət Yol Polisi İdarəsi araşdırma aparır.

Gununsesi.info