Mikayıl Cabbarov Ziya Məmmədovun bacısının yerinə bu şəxsi təyin etdi

  • By admin
  • 20 Sentyabr 2017 18:25
mikayil
Xəbər verdiyimiz kimi, keçmiş nəqliyyat naziri Ziya Məmmədovun bacısı “Tərəqqi” liseyinin direktoru Məhbubə Məmmədova vəzifəsindən kənarlaşdırılıb. Buna səbəb kimi, onun işində yol verdiyi nöqsan və haqqındakı rüşvət alma ittihamı göstərilir. Artıq bu və digər məsələlərlə bağlı Təhsil Naziri Mikayıl Cabbarov sözügedən təhsil müəssisəsinə yoxlama aparmaq tapşırığını verib.
Gununsesi.info xəbər verir ki, Təhsil Nazirliyinin sektor müdiri Cəsarət Valehov Unikal.org-a bildirib ki, Yoxlama Komissiyasının rəhbəri Təhsil Nazirliyinin Keyfiyyətin Təminatı sektorunun müdiri Almaz Əsgərova təyin olunub.
Hazırda A.Əsgərovanın rəhbərliyi ilə “Tərəqqi” liseyində yoxlamalar aparılır.
C.Valehov Məhbubə Məmmədovanın direktor vəzifəsində qalıb-qalmayacağı ilə bağlı da açıqlama verib:
“Bu barədə hələlik qərar verilməyib. Bütün bunlar yoxlamanın nəticəsindən sonra məlum olacaq”.
“Tərəqqi” liseyindən verilən məlumata görə, Məhbubə Məmmədova artıq 5 gündür ki, “bülletenə” çıxıb: “Onun yenidən “Tərəqqi” liseyinə rəhbərlik edib-etməyəcəyi ilə bağlı heç nə deyə bilmərik. Nazirlik hələlik Almaz Əsgərovanı məktəbə icraçı direktor təyin edib”.
Gununsesi.info