Mingəçevirdə sərnişin avtobusu qəzaya uğrayıb, xəsarət alan var

  • By admin
  • 21 İyun 2017 20:42

qeza

 

Mingəçevir şəhəri, Xaldan şossesində zəncirvari qəza baş verib.

“Report”  xəbər verir ki, “VAZ-2107” və “Niva” markalı avtomobillər toqquşub. Daha sonra hər iki avtomobil dayanacaqda dayanmış sərnişin avtobusuna çırpılıb.

Hadisə nəticəsində “VAZ-2107”nin sürücüsü Mingəçevir şəhər sakini 1997-ci il təvəllüdlü Əliyev Elamin Hidayət oğlu xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

 

Gununsesi.info