Müxtəlif ölkələrin valehedici gəlinlik dəbi - FOTOLAR

  • By admin
  • 26 Aprel 2017 11:38

GELİNAğ gəlinlik paltarı XIX əsrdə kraliça Viktoriya sayəsində toy mərasiminin ayrılmaz simvolu olub. O, toyunda ağ rəngli paltar geyinən ilk qadın kimi dəb tarixinə düşüb. Ona qədər qadınlar bu əlamətdar gündə həmin dövrün dəbinə uyğun olan geyim seçirdilər. Son günlərdə gəlinləri rəngli gəlinlik paltarlarında görmək nadir hadisədir. Amma bəzi xalqlar, xüsusilə Asiya və Afrikada gənclər milli toy kostyumlarına üstünlük verir.
Gununsesi.info Publika.az-a istinadən müxtəlif ölkələrin milli toy geyimlərintəqdim edir:

Yaponiya

yaponiya

Yaponiyada gəlinlər mərasim boyu iki paltar dəyişir, biri qırımızı digəri ağ rəngdə olur.

Qana, Qərbi Afrika
qana
Ənənəvi toy geyimləri çox parlaq və rəngarəng olur. Milli toy libası müxtəlif naxışları ilə göz oxşayır. Hər bir ailəni fərqləndirən, özünəməxsus naxışı olur.

Ruminiya

ruminya
Bu gün Rumıniyada əksər yeni evlənənlər müasir geyimdə nikah bağlamağa üstünlük verir. Lakin ölkənin ucqar yerlərində də ənənəvi mərasimlər keçirilir və hər bir bölgə toy libası ilə seçilir.

Laplandiya, Şimali Avropa
lapinadiya
Laplandiya sakinləri ənənəvi geyimləri ilə öyünə bilər. Məsələn, kvadrat düymə həmin adamın evli, yumru isə subay olduğunu bildirir.

Şri-Lanka
Şri-Lanka
Toyda adətən gəlin diqqət mərkəzində olur. Lakin Şri-Lankada bəy də ən az gəlin qədər valehedici görünür.

Hindistan

Hindistan

Hindistanda gəlinlər ənənəvi olaraq qırmızı və ya çəhrayı toy libası geyirlər. Şimal bölgələrində ərli qadınların alnında bindi (qırmızı nöqtə) olur.

Şotlandiya

sotland

Şotlandiyada kişilər ənənəvi olaraq öz klanının kiltini geyir. Mərasimdən sonra bəy gəlinin yeni ailəyə gəlməsini vurğulamaq məqsədi ilə yaylıqla, gül-çiçəyi gənc arvadının çiyninə atır.

Pakistan

pakistan

Pakistanda toy ənənələri Hindistan ilə çox oxşardır. Ən çox gəlinin əlindəki bəzəkli xına naxışları və qırmızı gəlinlik paltarı demək olar ki, eynidir.

Efiopiya

efopiya

Efiopiya Afrikada yeganə ölkədir ki, xristianlıq orada rəsmi dindir. Efiopiyanın əksəriyyəti pravoslavdır. Məhz buna görə də onların toyları yunan və ruslarla çox oxşardır.

İndoneziya

indoneziya

İndoneziyada toy adadan asılı olaraq fərqlənir. Bu kiçik ölkədə 300-dən çox etnik qruplar və altı din mövcuddur. Onların hər biri müxtəlif ənənələrə riayət edir.

Çin

cin

Çində ənənəvi toy rəngi qırmızıdır. Ağ isə matəm və dəfn rəmzidir. Mərasimdən sonra bəy ilə gəlinin başına qırmızı pərdə atılır.

Havay adaları

havay

Bəy toyunda ənənəvi olaraq başdan-ayağa ağ geyinir. Heç bir toy hörüklər və çələnglər olmadan ötüşmür. Belə ki, gəlinin saç düzümünü təzə çiçəklər bəzəyir.

Malayziya

malayzia

Toy mərasimlərinin əksəriyyəti müsəlman ənənələrinə uyğun keçirilir. Qızlar al-qırmızı, bənövşəyi və ya açıq sarı rəngli paltarlar seçir.

Yəmən yəhudiləri

yemen

Yəhudi icmalarının əksəriyyətinin müəyyən toy geyimləri yoxdur. Amma Yəmən yəhudiləri istisnadır: Qızlar öz əcdadlarından miras qalan geyimdə ərə gedir.

Cənubi Koreya

cenubi koreya

Ölkədə ənənəvi toy libasları yenidən populyarlaşmağa başlayıb. Qədim ənənəyə əsasən bəy gəlini stolun ətrafına belində gətirməlidir. Bu isə o deməkdir ki, gənc arvadı ərinə arxayın ola bilər.

Norveç

norvec

Norveçlilər toya digər təntənəli tədbirlər kimi, ənənəvi kostyum geyirlər.

Bali

bali

Balidəki toylar özünün dəbdəbə və gözəlliyi ilə istənilən insanı valeh edəcək. Ənənəvi toy libasının üzərində çoxlu mürəkkəb detallar işlənir. Mərasim zamanı bəylə gəlin qızıl tac taxır.

Gununsesi.info