Növbəti həkim səhlənkarlığı - 8 YAŞLI ŞÖLƏNİ ÖLDÜRDÜLƏR (FOTO)

  • By admin
  • 18 Oktyabr 2017 16:42

1389342434_0001

Akademik M.A.Topçubaşov adına Elmi-Cərrahiyə Mərkəzinində həkim səriştəsizliyi ucbatından daha bir ölüm hadisəsi baş berib.

Bu haqda Gununsesi.info-ya Sübhan Kərimov məlumat verib. Belə ki,   böyrək çatışmamazlığından əziyyət çəkən 8 yaşlı Kərimova Şölə Sübhan qızı katater qoyulması üçün əməliyyat aparıması öncəsi anestezloqun verdiyi narkozdan sonra həyatını itirib. Valideynlərinin verdiyi xəbərə görə, 8 yaşlı Şölə Səhiyyə Nazirliyinin göndərişi ilə bu xəstəxanada pulsuz müalicəyə gətirilib: “Həkim Eldar Əliyev əvvəldən müalicənin pulsuz həyata keçirildiyini  bildiyindən  bizimlə kobud rəftar edirdi.  Sonra da körpəni əməliyyata götürdülər ki,  daimi katater qoysunlar. Uşağın ürəyini yoxlamadan ona anesteziya veriblər. Elə o anda da uşaq keçinib. Həkimə deyirəm ki, bəs nəyə görə əməliyyatdan öncə uşağın ürəyini yoxlamamısımnız. Cavab verdi ki, neyləyim e, hadisədir də oldu”.

Qeyd edək ki, artıq bir neçə dəfədir ki, həkim səhlənkarlığı ucbatından xəstə həyatını itirir.

photo_21973


Gülnaz Qənbərli
Gununsesi.info